Müxalifətçi deputat, Daşnaksütyun partiyasının üzvü Qeqam Manukyanın oğlu Taron Manukyan da saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Kristin Vardanyan məlumat verib.
“MTN qeyri-qanuni olaraq deputat Qeqam Manukyanın telefonunu ələ keçirib, onun oğlu Taron isə saxlanılıb”, - Vardanyan qeyd edib.
Qeyd edək ki, Qeqam Manukyan "Ermənistan" müxalifət fraksiyasının üzvüdür. İyulun 9-da bu fraksiyanın digər üzvü Artur Sarkisyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib . O, Ermənistan Cinayət Məcəlləsinin 43-308 və 43-419-cu maddələri ilə ("terror aktı hazırlama" və "hakimiyyəti ələ keçirmə") ittiham olunur.