AZ

Emin Əmrullayev: Astarada hər 3 müəllimdən biri ilə yolumuzu ayırmalı olduq

Sertifikasiya imtahanlarında xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, orta balı aşağı olan 15 rayon, şəhər mövcuddur.

"Məsələn, Astarada hər 3 müəllimdən biri ilə yolumuzu ayırmalı olduq. Ümumilikdə 5 minə yaxın müəllimlə yolumuzu ayırdıq. Həmin müəllimlər isə 80 minə yaxın uşağa dərs keçirdi", - nazir əlavə edib.
Seçilən
40
6
sherg.az

9Mənbələr