AZ

Avtobusa yol verən sürücünün başına oyun açan zerkalni nömrəli Prado VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 7-də paytaxtın İnşaatçılar prospektində baş verib.

Sürücü bildirir ki, dayanacaqdan çıxan avtobusa yol vermək məqsədilə sürətini azaldıb. Bu zaman arxadan gələn, 90-SH-888 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və ötmə əməliyyatı edib.

Həmin sürücü avtobusa yol verilməsindən narazı qaldığı üçün qərəzli şəkildə ona maneələr törətməyə başlayıb. Belə ki, görüntünü qeydə alan sürücü sağa keçmək istədikdə o da sağa, sola keçdikdə isə sola hərəkət edərək yoluna davam etməsinə imkan verməyib. Bundan əlavə, o, etdiyi manevrlər zamanı dönmə işıqlarından istifadə etməyib.

Hadisə anını əks etdirən görüntüləri təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr