AZ

Səbayılin yeni məkanı - “Səbail”

Yeni mövsüm I Liqada çempionluğu hədəfləyən “Səbail” transfer çalışmalarını davam etdirir.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, paytaxt klubu daha bir futbolçunun keçidini həll edib.

Son mövsüm “Şamaxı”da çıxış edən Səbayıl Bağırovla razılıq əldə olunub.

O, tezliklə rəsmi müqaviləyə imza atacaq.

Səbayıl Bağırov “Səbail”in bu yay heyətinə qatdığı üçüncü “Bakı” yetirməsidir. Daha əvvəl “Neftçi”dən ayrılan Rəhman Hacıyev və sabiq “Kəpəz”li Nicat Süleymanov da heyətə cəlb olunub.

Əlavə edək ki, Səbayıl Bağırov 1 il əvvəl "Şamaxı" ilə birgə I Liqada çempionluq sevinci yaşayıb.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr