AZ

Azərbaycan şahmatçıları qələbə ümidində

Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün iki azərbaycanlı şahmatçının iştirakı ilə 1/32 final mərhələsinin cavab oyunları baş tutacaq.

Ülviyyə Fətəliyeva gürcüstanlı Lela Cavaxişvili, Gülnar Məmmədova isə Polina Şuvalova (FIDE) ilə görüşəcək.

İlk oyunlarında bu rəqiblərə uduzan şahmatçılarımız yollarına davam etmək üçün bu gün mütləq qələbə qazanmalıdırlar.

Qeyd edək ki, ilk mərhələdən sonra Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunda mübarizəni dayandırıblar.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr