AZ

Ağdam-Füzuli yolunda qəzada xəsarət alanlardan 21-i evə buraxılıb

Dünən saat 08:00 radələrində Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb...

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

2 nəfər isə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar.

Qeyd edək ki, dünən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Poliqon.info

Seçilən
21
4
poliqon.info

5Mənbələr