AZ

"Onu susdurmağa çalışırlar"- Ekspertdən ilginc TƏKLİF- ÖZƏL

"Məsud Pezeşkian prezident seçiləndən sonra Güney Azərbaycanda türk dili yayğınlaşmağa başlayıb. Bu prosesin səngiməsinə imkan verməməliyik". Bu sözləri Olaylar.az- az açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İranda şovinist qüvvələr Məsud Pezeşkiandan narazıdır və onu susdurmağa çalışırlar. 
"İçərisində manqurtlaşmış türklər də olan iranlı çevrələr Pezeşkiana qarşı qəzəblidir. Onların əlində prezidenti, naziri, deputatı sıradan çıxarmaq asan bir işdir. O qədər namuslu, vicdanlı insanı, ana dilində təhsil tələb edən ziyalını qətlə yetirib, həbsə atıb, mühacirətə yollayıblar ki...  Amma onlar haqsız tərəfdir. Məsud Pezeşkian qanundankənar fəaliyyət göstərmir. Qeyri-fars dillərinə azadlıq hüququ konstitusiyada təsbit olunub. Prezidentin arxayınlığı onu göstərir ki,  artıq ana dilində təhsil hüququnun verilməsi sosial sifarişdir"-deyə, E.Cəfərli bildirib.
Araşdırmaçı jurnalist hesab edir ki, Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti, mediası, özəl nəşriyyatlar Güney Azərbaycan türklərinin ana dili hərəkatına dəstək verməlidir: "Rəsmi qurumlar edə bilməz bunu. Amma ictimai təşkilatlar, nəşriyyatlar edə bilər. Güney  Azərbaycana ana dilini yaşadan fədakar müəllimlər var. Onlara elektron dərsliklər, dərs vəsaitləri göndərək. Güney Azərbaycanda türk dilinin könüllü təbliğatçıları olan aşıqlara, sənətçilərə dəstək olaq. Onları el şənliklərinə dəvət edək, fəxri adlar verək. Azərbaycan Respublikası 50 milyonluq xalqın dövlətidir. Biz soydaşlarımıza, ana dilimizə sahib çıxmasaq kimsə çıxmayacaq".

İBRAHİM MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr