AZ

“Sabah” – “Çelye” oyununa doğru: “Bu məqamda çətinlik ola bilər”

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda bu gün “Çelye”ni (Sloveniya) qəbul edəcək.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Ümumi götürsək, bu il “Qarabağ”ı çıxmaq şərtilə digər komandalarımıza çətin rəqiblər düşüb. “Çelye”nin adı tanınmış olmasa da, ötənilki çıxışları onların gücündən xəbər verir. Onların necə çətin komanda olduğunu demək olar. Şansları bərabər sayıram, “Sabah” bu rəqibi keçə bilər. Üstəlik, komanda Azərbaycan Kubokunu qazanıb, yeni baş məşqçi gəlib və motivasiyaları var. Valdas Dambrauskasın qısa zamanda komandadan istədiyini alıb-ala bilməyəcəyi sual doğurur. Məncə, bu məqamda çətinlik ola bilər. Amma “Sabah” “Çelye”ni keçə bilər, onlara uğurlar arzu edirəm”.

Bu gün keçiriləcək “Sabah” – “Çelye” matçı saat 20:00-da start götürəcək. Cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.

Şahin Cəfərov

Seçilən
6
1
futbolpress.az

2Mənbələr