AZ

Bakının bu qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Azərişıq ASC-dən mıəlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində iyulun 10-da elektrik naqilləri yenilənəcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Seçilən
13
49
onn.az

10Mənbələr