AZ

TƏBİB 1.3 milyonluq diz və bud-çanaq əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi vasitələr alır

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi artroplastika (diz və bud-çanaq endoprotezləri) əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat mallarının alınmasına 1 348 209 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, satışı “Alfamed LTD” MMC həyata keçirəcək.

 

Qurum və LTD arasında müqavilə bağlanıb.

 

Cabir

Tarix: 10 İyul 2025, 10:02   
Seçilən
31
1
pravda.az

2Mənbələr