AZ

Messi şou göstərdi, "İnter Mayami" qalib gəldi

"İnter Mayami" MLS-in müntəzəm çempionatı çərçivəsində "Nyu-İnqlend" üzərində 2:1 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, birinci hissədə Lionel Messi cəmi 11 dəqiqə ərzində dubl edərək qonaqlara üstünlük qazandırıb. Meydan sahibləri yalnız görüşün sonlarına yaxın fərqi minimuma endirə biliblər. Qolun müəllifi Karles Gil olub.

Bu nəticə ilə "İnter Mayami" qalibiyyət seriyasını davam etdirib və 35 xalla Şərq Konfransında 5-ci pilləyə yüksəlib. "Nyu-İnqlend" isə 24 xalla 11-ci yerdə qərarlaşıb.

Heybət

Seçilən
89
publika.az

1Mənbələr