AZ

"Aston Villa" hamıdan öndə - MARAQLI REYTİNQ

"Aston Villa" Səudiyyə Ərəbistanı klublarına futbolçu satışından ən çox pul qazanıb.

İdman.biz xəbər verir ki, "Transfermarkt" portalı maraqlı reytinq dərc edib.

"Aston Villa" son 5 mövsümdə Səudiyyə Peşəkar Liqasına satılan oyunçuların ümumi dəyərinə görə Avropa komandaları arasında liderdir – 137 milyon avro.

Bu reytinqin ilk 20-liyində İngiltərənin 9 klubunun yer alması diqqəti çəkir.

Səudiyyə Ərəbistanı klublarına futbolçu satışından ən çox pul qazananlar:

€ 137 milyon - "Aston Villa"
€ 110 milyon - "Porto"
€ 103 milyon - PSJ
€ 87,5 milyon - "Mançester Siti"
€ 64,5 milyon - "Çelsi"
€ 60,7 milyon - "Liverpul"
€ 60 milyon - "Vulverhempton"
€ 52,6 milyon - "Fulhem"
€ 49,5 milyon - "Roma"
€ 42 milyon - "Brentford"
€ 40 milyon - "Benfika"
€ 40 milyon - "Latsio"
€ 35 milyon - "Leypsiq"
€ 32 milyon - "Marsel"
€ 30 milyon - "Bavariya"
€ 30 milyon - "Selta"
€ 29,1 milyon - "Seltik"
€ 27,2 milyon - "Nyukasl"
€ 25 milyon - "Lans"

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr