AZ

Ağdərədə mina partladı - yaralı var

Ağdərədə mina partlayışı olub.

Trend-in yerli müxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Həsənqaya ərazisində mal otararkən mina partlaması nəticəsində xəsarət alıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Seçilən
30
5
milli.az

10Mənbələr