Amerika qitəsində heyvandarlıq və onun gələcəyi üçün böyük təhlükə yaranıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, ABŞ Meksika sərhədi boyunca gözlənilən ciddi bioloji təhlükəyə qarşı maraqlı həll yolu tapıb.
Məlumata görə, bu zərərverici 2023-cü ildən Panama, Kosta-Rika, Honduras, Qvatemala, Nikaraqua, Beliz və El Salvadora yayılıb: "Onun 2024-cü ilin noyabrında Meksikanın cənubuna "gəliş"i ABŞ Kənd Təsərrüfatı Departamentini ciddi narahat etməyə başlayıb. Məhz bu səbəbdən sərhədboyu heyvan ticarət bazarları qapadılıb, əlavə sərt nzibati tədbirlər görülüb. Lakin bu, kifayıt etmir. ABŞ alimləri bu təhlükəyə qarşı müxtəlif mübarizə üsulları hazırlayıb. Onların ən təsirlisi isə "steril erkək milçəklər"in yetişdirilməsi layihəsidir. Artıq bu, layihəyə icraya yönəldilib. Tezliklə milyonlarla milçək növü təyyarələrdən Meksika sərhədi boyunça buraxılacaq. Mütəxəssislər hesab edir ki, döllənməmiş yumurta istehsal etmək üçün bunlar vəhşi dişilərlə cütləşəcək. Dişilər yalnız bir dəfə cütləşdikləri üçün məhv olaacq və bununla da təhlükəli milçəknövünün kökü kəsiləcək".
Məlumatda o da xatırladılıb ki, ABŞ bu strategiyadan 1960-1970-ci illərdə uğurla istifadə edib: "O vaxtı Panamada həftədə 100 milyon steril milçək istehsal edə bilən istehsal müəssisəsini də amerikalılar qurub. İndisə ABŞ bunun daha müasir formasını Texasda - Meksika sərhədi yaxınlığında tikir. Təbii ki, 300 milyon dollara başa başa gələcək yeni milçək istehsalı müəssisəsi ilə epidemiyanı gözardı etmək olmaz. Hazırkı təhlükəyə qarşı əlavə nəzarət tədbirləri də görülmçəlidir. Xüsusilə heyvanların açıq yaralarını başlı-başına buraxmaq olmaz, onu drəhal müayinə və müalicəsi olmalıdır. Əks halda bir il içində bu təhlükə bütün dünyanı sarıya bilər."
Entomoloq doktor Phillip Kaufmanın sözlərinə görə, bu növ Qərb yarımkürəsindəki digər milçəklərdən fərqli olaraq ölülərə deyil, canlı toxumalara hücum edir: "Sürfələr iti çənə qarmaqları ilə canlı toxumaları deşərək qidalanırlar. İnkişafını tamamladıqdan sonra yetkin milçəklərə çevrilirlər. Qaldı yeni istehsal olunacaq milçəklərə, onlar, yəi "steril milçəklər" pupa mərhələsində qamma şüalarına məruz qalaraq sterilizasiya edilir. Bu milçəklər daha sonra kondisionerli konteynerlərdə təyyarələrə yüklənir və kənd və ya az məskunlaşan ərazilərə buraxılır. Bu milçəklər insanlar və şəhərlər üçün heç bir təhlükə yaratmır".
Məlumatda o da deyilir ki, təhlükə saçan milçəklə ev heyvanları ilə yanaşı, çöl heyvanlarına da, o cümlədən quş və gəmiricilər kimi vəhşi heyvanları da təhdid edir: "Bu da onların təhlükə sferasını tam şəkildə izləməyi çətinləşdirir. Fakt budur ki, indiyədək 50 minə yaxın fakt aşkarlanıb. Lakin bunun daha çox olduğu sirr deyil".
Samir MUSAYEV
MİA.AZ