Analitiklərin fikrincə, Çində istehsalçı qiymətləri iyun ayında illik müqayisədə 3,6% azalıb ki, bu da son iki ilin ən böyük azalması və Çin iqtisadiyyatına artan deflyasiya təzyiqinin əlamətidir.
Valyuta.az xəbər verir ki, London Fond Birjası Qrupunun (LSEG) sorğusuna qatılan analitiklər iyun ayında istehsalçı qiymətlərinin daha cüzi 3,2% azalacağını gözləyirdilər.
Ekspertlər deflyasiyanın sürətlənməsini onsuz da zəif iqtisadi artımın və aşağı daxili istehlak tələbinin, COVID-19 pandemiyasının nəticələrinin ABŞ ilə artan ticarət gərginliyi və tarif müharibələri ilə daha da ağırlaşması ilə əlaqələndirirlər.
"Deflyasiyanın sonu haqqında danışmaq hələ tezdir. Daşınmaz əmlak sektoru hələ də çox zəifdir və şirkətlər arasında həddindən artıq rəqabətlə mübarizə üçün hökumət tədbirləri (qiymətləri aşağı salır) hələ erkən mərhələdədir", deyə CNBC "Pinpoint Asset Management" idarəetmə şirkətinin prezidenti Zanq Ziveidən sitat gətirir.
Qeyd: Deflyasiya (latınca deflatio-şişirmə) yerli valyutanın alıcılıq qabiliyyətinin artması, əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir.
Paşa Məmmədli