AZ

Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi

2025-ci il sentyabrın 1-dən Britaniyanın bir sıra təhsil müəssisələrində ətək geyinməyə məhdudiyyət tətbiq olunacaq.

Publika.az xəbər verir ki, məktəblər Təhsil Departamentinin məktəbli formalarının ailələr üçün daha əlverişli hala gətirilməli olduğunu və ətəklərin çıxarılmasının maliyyə yükünü azaldacağını bildirən yeni təlimatına əməl edirlər.

“Daily Express” bildirir ki, şalvar geymək də bərabərliyi təşviq etmək üçün bir tədbir kimi təbliğ olunur.

Belə ki, Böyük Britaniyanın şimal-şərqində yerləşən bütün “Northern Education Trust” məktəbləri artıq qızlar üçün ətəklərin qadağan olunduğunu elan ediblər. Lakin əksər valideynlər bu cür qərarlardan narazı qalaraq, qanunun yubkaların qadağan olunmadığını, sadəcə tövsiyələrin olduğunu qeyd edirlər.

Nəşr bir ananın sözlərini sitat gətirir: "Bir çox qızlar cinsi kimliklərini ifadə etmək üçün ətək geyinməyi seçirlər. Bu, hədsiz mizoginiyadır".

Böyük Britaniya Təhsil Departamenti qəzəblənmiş valideynlərin tənqidlərinə cavab verərək, məktəblərin ailələrin xərclərini azaltmaq üçün markalı vahid geyim əşyalarının sayını məhdudlaşdırdığını açıqlayıb.

Seçilən
11
3
publika.az

4Mənbələr