
PSJ klublararası dünya çempionatının finalına vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ-də keçirilən turnirin yarımfinalında ispaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda “Real Madrid”i 4:0 hesabı ilə məğlub edib.
6-cı dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fabian Ruiz hesabı açıb. Üç dəqiqə sonra fransalı hücumçu Usman Dembele fərqlənib. Ruiz ikinci qolunu 24-cü dəqiqədə vurub. 88-ci dəqiqədə portuqaliyalı hücumçu Qonsalo Ramos görüşün yekun hesabını müəyyənləşdirib.
PSJ-nin finaldakı rəqibi Braziliyanın “Fluminense” klubunu 2:0 hesabı ilə məğlub edən London “Çelsi”si olacaq.
Final iyulun 13-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.