AZ

“Zirə”nin rəqibindən 2 transfer

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” heyətinə 2 yeni futbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiya klubu yerli “Lokomotiv”dən müdafiəçi Fran Karaçiç və İngiltərə “Fulhem”indən yarımmüdafiəçi Adrion Payazitini transfer edib. Hər iki oyunçu ilə 4 illik müqavilə imzalanıb.

“Zirə” “Hayduk”a qarşı ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşünü isə 31-də Splitdə keçirəcək.

Seçilən
21
1
futbolpress.az

2Mənbələr