AZ

“Sabah” “Çelye”yə qarşı – YENİLƏNİR

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində bu gün ilk oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Sloveniyanın “Çelye” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar arasındakı cavab matçı iyulun 17-də Sloveniyada olacaq.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun

10 iyul

20:00 Sabah – Çelye (Sloveniya)
“Bank Respublika Arena”

Seçilən
9
futbolpress.az

1Mənbələr