Bakıda evlərdən 292 574 manatlıq oğurluq edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart aynın ilk ongünlüyünədək olan müddət ərzində paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.S. (adı, soyadı şərti) tamah niyyəti ilə tanışı M.M. (adı, soyadı şərti) ilə həmin ərazidə 0,04 ha torpaq sahəsində yerləşən 2 ədəd iki mərtəbəli evin qapısının kilidini sındırıb evə qanunsuz daxil olub. Həmin şəxslər zərərçəkmiş Ə.Alışovun ümumilikdə 292 574 manat məbləğində ev əşyalarını oğurlayıblar.
Bundan başqa, hər iki şəxs həmin evlərdən ümumilikdə 213 050 manat dəyərində əmlakını oğurlamağa cəhd ediblər.
Daha sonra S.S. ilə M.M hüquq mühafizə orqanları əməkdaşları tərəfində şübhəli şəxs qismində saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov