AZ

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya ediləcək

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya ediləcək

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya ediləcək. Bu barədə SHOT Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, İbrahimov növbəti reyslə Moskva Şeremetyevodan Bakıya uçur.

İyulun 4-də İbrahimov ölkədə olma qaydalarını pozduğuna görə saxlanılaraq vətəndaşlıqdan məhrum edilib. Onun yaxın vaxtlarda ölkədən deportasiya olunacağı bildirilirdi.

Moskva ilə Bakı arasında münasibətlər iyunun 27-də Yekaterinburqda etnik azərbaycanlıların silsilə həbsindən sonra pisləşib. İyulun 1-də Bakıda İrandan narkotik tranziti, qanunsuz maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb və həbs edilib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Qazeta.Ru-ya bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki fikir ayrılıqları kənardan süni şəkildə qızışdırılır.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
oxumeni.az

2Mənbələr