AZ

Xaltura

“Araz Naxçıvan” Türkiyəyə təlim məşq toplanışına gedib. Toplanış çərçivəsində ilk yoxlama oyununu “Bayburtspor”la keçirib. Zaur Axundovun prezidentlik, Elmar Baxşiyevin baş məşqçilik etdiyi komanda 14:0 hesablı qələbə qazanıb.

Normal vəziyyətdə bir komanda xaricə təlim-məşq toplanışına üç amilə görə gedirsə, onlardan biri sparrinq rəqibə görə olur. Ancaq “Araz Naxçıvan” o boyda pul xərcləyib ki, Türkiyəyə toplanışa getsin və orda 3-cü divizion komandasıyla oynasın.

Ola bilər, sonrakı rəqiblər daha ciddi olsun. Onda onu sonra danışarıq.

İndi nədir bu?

Təlim-məşq toplanışı üçün ciddi məbləğ xərclənir. Qarşıdakı mövsümün əsas hazırlığı məhz bu toplanışda müəyənləşir.

Bu qədər əhəmiyyətli bir məsələdə rəqib seçimi niyyəti və klubun peşəkarlıq durumunu yansıdır.

Toplanışı xaricdə keçmək şərtdirmi?

“Bayburtspor” kimi rəqiblə oynanılacaqsa, yox.

Manıslar da hər mövzuda mahnı oxudu, xaltura məsələsinə dəymədi. İndi yazının bu məqamında xod verərdik…

Elçin Cəlilov

Seçilən
12
futbolpress.az

1Mənbələr