AZ

Kiyevə kütləvi PUA hücumu zamanı HHMQ-nin işini "TikTok"da canlı yayımladı...-ƏBLƏHLİK, YOXSA?..

İyulun 10-na keçən gecə Rusiyanın kütləvi hücumu zamanı naməlum şəxslər Ukrayna hava hücumundan müdafiə sisteminin işini real vaxt rejimində "TikTok"-da yayımlayıblar.
 
Moderator.az-ın "Folus" nəşrinə istinadla verdiyi məlumata görə, canlı yayım "Dmitri" adlı hesab tərəfindən aparılıb və "Truxa" Telegram kanalı tərəfindən yayımlanan skrinşota görə, yayımın özündə 450-dən çox insan yer alıb.
"Kiyevdə "Şahed"in vurulması zamanı canlı "TikTok" yayımı çəkirlər", - skrinşotun başlığında deyilir.
 
Məsələyə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko müdaxilə etməli olub.
 
"Bütün Kiyev sakinlərini foto və video çəkməkdən çəkinməyi xahiş edirəm. Sizin həyatınız və sağlamlığınız hücumu lentə almaqdan daha vacibdir!", - Tkaçenko belə yazıb.
 
O, həmçinin vurğulayıb ki, foto və videoları yaymamalısınız, çünki düşmən bundan istifadə edə bilər.
 
Qey edək ki, iyulun 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya İran “şahed"ləri ilə” hücum edib, nəticədə Kiyevdə çoxsaylı yanğınlar baş verib, dron parçaları yaşayış binalarının üzərinə düşüb.
Son rəsmi məlumatlara görə, hücum nəticəsində paytaxtda 2 nəfərin ölüb, zərərçəkənlərin ümumi sayı 13 nəfərə yüksəlib.
phrase_var_article.chosen
128
41
moderator.az

10phrase_var_article.sources