AZ

Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalını qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytı məlumat yayıb.

Bildirilib ki, qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.

Seçilən
44
qafqazinfo.az

1Mənbələr