ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Fransa hakimiyyəti ABŞ nümayəndələrinin tələbi ilə rusiyalı basketbolçu Daniil Kasatkini saxlayıb.
Doğru.az xəbər verir ki, Le Monde nəşrinin məlumatına görə, idmançı iyunun 21-də Ruasi Şarl de Qoll hava limanında tutulub.
ABŞ Kasatkinin haker şəbəkəsinin bir hissəsi olmaqda şübhəli olduğunu bildirir. Rusiya isə ittihamları rədd edir.
Hazırda basketbolçu ekstradisiyasını gözləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da münsiflər heyəti rusiyalı Harvard alimi Kseniya Petrovanı biomaterial qaçaqmalçılığı və yalan ifadə verməkdə ittiham etmişdi.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.