AZ

Abşeronda oğul anasını yandırmaqda şübhəli bilinir Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Abşeron rayonunu Hökməli qəsəbəsində oğlun anasını yandıraraq öldürdüyü iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, iddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.

Həlak olan şəxsin qızı Fatimə Həsənli deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş. Onun sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət

Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. 

Hazırda araşdırmalar davam etdirilir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
25
qafqazinfo.az

10Mənbələr