AZ

KİV: ABŞ qeyri-qanuni miqrantları Afrika ölkələrinə göndərməyə çalışır

BAKI, 10 iyul. TELEQRAF

Tramp administrasiyası Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqala ABŞ-dən deportasiya edilən miqrantları qəbul etmək barədə təklif göndərib və bunun Vaşinqtonla ticarət danışıqlarında kömək edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ adı çəkilən dövlətlərə öz doğma ölkələrinin qəbul etməkdən imtina etdiyi və ya qayıtmalarını gecikdirdiyi miqrantların “ləyaqətli, təhlükəsiz və vaxtında təhvil verilməsinə” razılaşmağı təklif edir. Afrika ölkələrinin hökumətlərinin nəzərinə çatdırılıb ki, miqrasiya böhranının həllinə yardım ABŞ ilə ticarət əlaqələrinin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Afrika ölkələrinin liderlərinin təklifə razılıq verib-vermədiyi hələlik məlum deyil.

Seçilən
81
teleqraf.com

1Mənbələr