AZ

Böyük Britaniya və Fransa “Storm Shadow” raketlərinin təkmilləşdirilməsi üzrə əməkdaşlığı genişləndirir

Bakı. Trend:

Böyük Britaniya və Fransa “Storm Shadow” tipli uzaqmənzilliraketlərin yeni və təkmilləşdirilmiş versiyalarının hazırlanmasıistiqamətində əməkdaşlığı genişləndirəcək.

Trend xəbər verirki, bu barədə Böyük Britaniya hökumətinin 37-ci BöyükBritaniya–Fransa sammiti ərəfəsində yaydığı rəsmi bəyanatdabildirilir.

Sənəddə qeyd olunur ki, tərəflər daha çox “Storm Shadow” raketisifariş etməli və onların müasir əvəzedicilərinin hazırlanmasınadair birgə layihənin növbəti mərhələsinə keçməlidirlər.

“Yeni saziş Böyük Britaniya və Fransanın həm uzaqmənzilli, həmdə gəmi əleyhinə raketlərin yaradılması üzrə əməkdaşlığının yenimərhələyə keçəcəyini və “Storm Shadow” raketinin son əvəzedicidizaynının seçilməsi istiqamətində konkret addımların atılacağınıgöstərir”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Böyük Britaniya–Fransa sammiti iyulun 10-da səhərkeçiriləcək.

Seçilən
68
az.trend.az

1Mənbələr