AZ

Azərbaycan millisi beşinci oyunda qələbə qazandı

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi beşinci oyunda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda C qrupundakı son matçında Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra komanda qrupu üçüncü sırada tamamlayıb.

Milli ilk dəfə qatıldığı Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

Yığma buna qədər qrupdakı matçlarda Bosniya və Herseqovina (83:81), İslandiya (86:79) üzərində qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.

Seçilən
19
sportinfo.az

1Mənbələr