BAKI, 10 iyul. TELEQRAF
Qırmızı dənizdə “Eternity C” yük gəmisinə hücumun videosu yayılıb.
Teleqraf xəbər verir ki, videoda gəminin göyərtəsində partlayışın baş verdiyi görünür.
Bundan başqa, görüntülərdə yük gəmisinin sonradan tədricən batması əks olunub.
Xatırladaq ki, iyulun 9-da Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstana məxsus “Eternity C” ticarət gəmisinə Yəmən “Ənsar Allah” hərəkatının (husilər) hücumu nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət almış Rusiya vətəndaşının ayağı amputasiya edilib.