Çempionlar Liqasında 1-ci təsniat mərhələsinin ilk oyunlarına yekun vurulub.
QOL.az xəbər verir ki, bu gün "Şelburn" evdə "Linfild"i məğlub edib. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq.
"Jalqiris" "Hamrun"u, FKSB "İnter Eskaldes"i, "Ludoqorets" isə Minsk "Dinamo"sunu üstələyib.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 15-16 iyul tarixlərində olacaq.
9 iyul
20:00. "Jalqris" (Litva) - "Hamrun" (Malta) - 2:0
Qollar: Antal, 59, Hadji, 85
21:30. FKSB (Rumıniya) - "İnter Eskaldes" (Andorra) - 3:1
Qollar: Miçulesku, 37, Olaru, 45+3-pen; Ştefanesku, 53 - Rafinya, 65
21:30. "Ludoqorets" (Bolqaristan) - "Dinamo" (Minsk, Belarus) - 1:0
Qol: Kaloç, 87
22:45. "Şelburn" (İrlandiya) və "Linfild" (Şimali İrlandiya) - 1:0
Qol: Odubeko, 58