AZ

"Zirə" Türkiyə klubuna qalib gəldi

"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirib.


Manset.az Qol.az-a istinadla xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqa təmsilçisi "Ankara Keçiörengücü" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

"Zirə"nin qollarını yeni transferlər Brahim Konate (13) və Abdul Aziz Batibite (84) vurub.

"Zirə" daha əvvəl Bakıda "Qarabağ"a yoxlama matçında 0:4 uduzub.

Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 12 və 16 iyul (iki oyun) tarixlərində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.

Seçilən
27
2
manset.az

6Mənbələr