AZ

Novak Cokoviç yarımfinalda Yannik Sinnerlə qarşılaşacaq

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mövsümün 3-cü "Böyük Dəbilqə" turniri Uimbildon Open-də bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Novak Cokoviç (Serbiya) və Yannik Sinner (İtaliya) olublar.

Dünyanın bir nömrəli raketka ustası olan Sinner 1/4 finalda Beş Şeltonla (ABŞ) görüşdə çətinlik çəkməyib - 7:6 (7:2), 6:4, 6:4. Cokoviç isə 4 setdə Flavio Kobbolini (İtaliya) məğlub edib - 6:7 (6:8), 6:2, 7:5, 6:4.

Qadınların yarışında isə İqa Şvyontek (Polşa) və Belinda Bençiç (İsveçrə) növbəti mərhələyə yüksəliblər. Polşalı idmançı rusiyalı həmkarını asanlıqla məğlub edib - 6:2, 7:5. Rusiyanın digər təmsilçisi Mirra Andreyeva isə gərgin mübarizədə Bençiçə uduzub - 6:7 (3:7), 6:7 (2:7).

Qeyd edək ki, yarımfinal oyunlarına bu gün start veriləcək. Qadınların mübarizəsində qalib şənbə, kişilərdə isə bazar günü müəyyənləşəcək.

Uimbildon Open-2025

Yarımfinal

Qadınlar

10 iyul

Arina Sabalenka (Belarus) - Amanda Anisimova (ABŞ)

İqa Şvyontek (Polşa) - Belinda Bençiç (İsveçrə)

Kişilər

11 iyul

Karlos Alkaras (İspaniya) - Teylor Frits (ABŞ)

Novak Cokoviç (Serbiya) - Yannik Sinner (İtaliya)

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr