Husi hərəkatının yəmənli üsyançılarının hücumundan sonra Qırmızı dənizdə batan Yunanıstana məxsus "Eternity C" yük gəmisinin ekipajı əsir götürülüb...
Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfirliyinin bəyanatında deyilir.
“Eternity C” yük gəmisi husilərin hücumu nəticəsində batıb. Atışma nəticəsində ekipaj üzvlərindən biri, Rusiya vətəndaşı əzalarından xəsarət alıb.
"Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra çoxlu sağ qalanları əsir götürdülər. Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsində israr edirik. Husilərin hərəkətləri ABŞ-nin onları niyə terror təşkilatı adlandırdığını nümayiş etdirir", ABŞ diplomatik missiyasının bəyanatında deyilir.
Gəminin göyərtəsində 21 filippinli və bir rus olub. Reuters-in məlumatına görə, Eternity C-də silahlı mühafizəçilər də daxil olmaqla ümumilikdə 25 nəfər olub. Çərşənbə axşamı günü dörd nəfərin öldüyü bildirilir. Avropanın dəniz missiyası Aspides altı dənizçini xilas edib, qalanları itkin düşüb.
Hücum iyulun 7-də baş verib. Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzinin məlumatına görə, gəminin gövdəsinə beş reaktiv qumbaraatan atılıb. Gəmi ciddi zədələnib, hərəkət qabiliyyətini itirib.
Poliqon.info