AZ

KİV: Məhkəmə Cənubi Koreyanın keçmiş prezidentinin yenidən həbs edilməsinə qərar verdi

BAKI, 10 iyul. TELEQRAF

Seul məhkəməsi yenidən Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həbs edilməsi ilə bağlı qərar verib.

Teleqraf xəbər verir ki, bu qərar 3 dekabr 2024-cü il tarixli hərbi vəziyyətlə bağlı hadisələrin araşdırılması çərçivəsində qəbul edilib.

“Yonhap” agentliyi məlumat verir ki, məhkəmə bu qərarı Yun Sok Yolun sübutları məhv edə biləcəyi ilə bağlı narahatlıqlarla əsaslandırıb. Hərbi vəziyyət hadisələrini araşdıran xüsusi prokuror Ço In Sok həbs haqqında vəsatət qaldırıb. Keçmiş prezidentə qarşı Nazirlər Kabinetinin iclasında ehtimal olunan pozuntularla bağlı sənədləri saxtalaşdırmaq, hakimiyyət orqanlarının fəaliyyətinə maneə törətmək, həmçinin sübutları məhv etməyə cəhd göstərmək ittihamları irəli sürülüb.

Qeyd edək ki, daha əvvəl Yun Sok Yola qarşı qiyam təşkil etməklə bağlı ittiham irəli sürülmüşdü.

Məhkəmədən sonra sabiq prezident Seulda istintaq təcridxanasına aparılıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr