AZ

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında

№ 201

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 407 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı pasportların 1 (bir) il müddətində mədəniyyət sahəsində elektron məlumat sisteminə yerləşdirilməsini təmin etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 8 ” “ iyul ” 2025-ci il

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr