AZ

Daha 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sentyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Bizim.Media bu barədə qurum məlumat yayıb.
 

Hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.


Hərraca ümumi dəyəri 178 min 700 manat olan 24 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Bizim.Media

Seçilən
26
49
bizim.media

10Mənbələr