AZ

Kreml agentinin Bakıda kəsilən ipi

Yevgeni Primakov keçmiş SSRİ-nin təhlükəsizlik orqanı KQB-nin əməkdaşı, Rusiya Xarici işlər naziri Yevgeni Primakovun adaşı və nəvəsidir.

Nəvə Primakov, Putinin seçkidə müşaviri, dumanın deputatı, Rusiyanın başının soxduğu və qarışdırdığı ölkələrdə – İran, İraq, Fələstin, İsrail, Ukrayna, Türkiyədə, Azərbaycanda... və televiziya kanallarında “jurnalist” kimi fəaliyyət göstərib. Təbii ki, KQB agenti olaraq.

2023-cü ildə, Avropa Birliyi onun fəaliyyət göstərdiyi MDB Federal Agentliyinin rəhbəri kimi, “xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq (Rossotrudniçestvo)” əleyhinə sanksiyalar tətbiq edir və Avropadan qovublar. Azərbaycanda, Xüsusilə də Qarabağ savaşı dönəmində xüsusi məlumatlar əldə etməklə “Rus-Evi” adı altında Duqinlə birgə fəaliyyətə, yəni Azərbaycanı qarışdırmağa başlayırlar.

Ona görə də, müharibə dönəmində ABŞ və Türkiyə, Azərbaycan Müdafiə Nazirliyini, Baş Qərargahı rəsini, bütün deputatları və dövlət qurumlarını və hətta jurnalistləri belə cəbhə xəttinə buraxmadılar və kənarda saxladılar. Hər kəs bir mənbədən məlumat aldı. Türkiyədən gələn xanım jurnalistin məlumatına istinad etdilər. Bu xüsusi müharibə dönəmində tətbiq edilən mükəmməl informasiya siyasəti idi ki, bunu ilk dəfə olaraq ATATÜRK tətbiq etmişdi.

Nəvə Primakovda Türkiyədə bir müddət “jurnalist”, yəni agent olaraq çalışmışdı və bu “təcrübəsini” əsas götürüb Bakıya rus dilliləri oyatmaq üçün canişin göndərildi. Özünə hakimiyyətdə Putinin əlaltısı olaraq o qədər güvən qazanmışdı ki, babası Primakova yubiley də keçirməyə nail olmuşdu.

İndi, Rusiyanın çapaladığı bir dövrdə etiraf edir ki, Azərbaycanda, Bakıda fəaliyyətləri uğursuz oldu və yerli ruslar bunları müdafiə etmədi. Azərbaycanda rus dilinə və Rusiyaya böyük nifrət var.

Qısası beynəlxalq kəşfiyyat, Primakov kəşfiyyatının Azərbaycanda da ipini kəsdi.

Seçilən
25
vaxt.az

1Mənbələr