AZ

Hansı xəstəliklərlə gilas yemək olmaz?


“Müəyyən xəstəlikləriniz varsa, gilas yeməkdən çəkinməlisiniz”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Yetkinlərin profilaktikası və sağlamlığı mərkəzinin rəhbəri Zarema Ten məlumat verib.
O qeyd etdi ki, əgər sizdə allergiya diaqnozu qoyulubsa, o cümlədən albalıya, gavalıya, şaftalıya, onda gilas istehlak edilməməlidir:
“Yüksək turşuluqlu qastrit, mədə və ya onikibarmaq bağırsaq xorası, pankreatit, kəskin kolit, kəskin mərhələdə qıcıqlanmış bağırsaq sindromu varsa, gilas istehlak edilməməlidir”.
Şəkərli diabetiniz varsa, az şirin sortlara üstünlük verərək, gündə 50-100 qram məhdud miqdarda gilas yeyə bilərsiniz və bu barədə həkiminizlə məsləhətləşmək lazım olacaq.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr