AZ

ABŞ İran neftinin ticarəti ilə əlaqəli 22 şirkətə sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ hökuməti İran neftinin ticarəti ilə məşğul olan şəxslərə vəşirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarətİdarəsi (OFAC) məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, İran neftinin İslam İnqilabıKeşikçiləri Korpusunun (SEPAH) maraqlarına xidmət edən satışınıasanlaşdırdıqlarına görə Honkonq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)və Türkiyədə fəaliyyət göstərən 22 hüquqi şəxs sanksiya siyahısınadaxil edilib.

OFAC-ın məlumatına əsasən, SEPAH İran neftinin satışından əldəolunan yüzmilyonlarla dollar gəlirin yönləndirilməsi üçün xariciofşor hesablardan və yardımçı şirkətlərdən istifadə edir. Yenisanksiyalar həmin maliyyə şəbəkəsinin fəaliyyətinə mane olmağayönəlib.

Seçilən
24
az.trend.az

1Mənbələr