
“Ənsar Allah” üsyançı hərəkatından olan husilər Yəmən üsyançılarının hücumuna məruz qaldıqdan sonra Qırmızı dənizdə batmış Yunanıstanın “Eternity C” yük gəmisinin ekipaj üzvlərini girov götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfirliyinin bəyanatında deyilir.
“Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra “Eternity C” gəmisinin sağ qalan ekipaj üzvlərinin çoxunu girov götürüblər. Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik. Husilər ABŞ-nin onları niyə terror təşkilatı adlandırdığını dünyaya göstərməkdə davam edir”, - ABŞ diplomatik missiyası bildirib.