AZ

Mənə dəniz verin ... Vətəndaş dəniz istəyir, obyekt də sahili çəpərləyir, bəs qanun nə deyir?

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün bəzi dənizkənarı ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzləri demək olar ki, dib-dibə və dənizə çox yaxın tikilib. Elə istirahət mərkəzləri var ki, əgər orada qida sifarişi verilmədikdə, dənizkənarında oturmaq istəyən vətəndaşa problem yaradırlar. Ötən illərdə bu kimi hadisələrə çox şahidlik etmişik. Bu il olacağı da istisna deyil.

Qanuna görə, hər bir vətəndaşın istənilən ərazidə istirahət etməyə haqqı var. Bir şərtlə ki, həmin ərazini çirkləndirməyəsən. Ərazi istirahət mərkəzinindirsə və həmin ərazi istirahət mərkəzi hesabına təmizlənirsə, bu zaman istirahət mərkəzinin də haqqı var ki, vətəndaşa öz tələblərini bildirsin.

Əksər hallarda vətəndaşlar deyir ki, "dəniz hamınındır, heç kim vətəndaşın istirahətinə mane ola bilməz". Bu vətəndaşlar da başa düşməlidir ki, ətraf mühitin çirklənməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin xüsusi maddəsi var.

İstirahət mərkəzləri dənizə hansı məsafədə yerləşməlidir?

Ekoloq Ənvər Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkə prezidentinin sərəncamı ilə Xəzər dənizinin 130 metrliyindən yaxın məsafədə heç bir tikinti işi aparıla bilməz, yəni bu ərazilər ancaq istirahət zonası kimi olmalıdır.

“Orada bütün kommunikasiya xətləri insanların istirahətinə xidmət etməlidir. Amma bu gün obyektlər normal şəkildə yerləşməyib. Tək Buzovna deyil, bir çox yerlərdə bu hal müşahidə edilir. Vaxtı ilə Sahil və Qaradağ qəsəbələrində gözəl istirahət yerləri var idi. Turistlər bu yerlərə gəlirdilər. İndi elə yerlər yoxdur. Olan-qalan da acınacaqlı vəziyyətdədir”-deyə ekoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr