Sosial Xidmətlər Agentliyinin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı, 8 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
Valyuta.az xəbər verir ki, buna səbəb müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Bu tender üzrə satınalma predmetinin 2 866 080 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Hüseyn