AZ

İçkili vəziyyətdə polisə yaxalanan 66 yaşlı sürücü: “... guya adam öldürmüşəm” VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

İçkili vəziyyətdə motosiklet idarə edən 66 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Belə ki, İnegöl rayonunun Memar Sinan Bulvarında patrul xidməti həyata keçirər polis əməkdaşları, 16-AUS-274 dövlət nömrə nişanlı motosikletin sürücüsünün yolda sərt manevrlər etdiyini görüblər. Asayiş keşikçiləri sürücünü saxlayaraq onu alkoqol testindən keçiriblər.

1.3 promil sərxoş olduğu müəyyən edilən sürücü 66 yaşlı Dilaver Ö.-yə İXM-nin müvafiq maddələrinə uyğun protokol tərtib edilərək 21000 türk lirəsi məbləğində cərimə yazılıb.  

Protokollara etiraz edən sürücü, “Mənə 5 kağıza qol çəkdirdiniz, guya adam öldürmüşəm" – deyə o, polis əməkdaşına bildirib.

66 yaşlı Dilaver Ö. ifadə vermək üçün polis bölməsinə aparılıb. Motosiklet isə dayanacağa yerləşdirilib.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr