Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ İran neftinin ticarəti ilə məşğul olan şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Bildirilir ki, İran neftinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə satışını asanlaşdırmasına görə Honkonq, BƏƏ və Türkiyədə yerləşən 22 hüquqi şəxsi sanksiya siyahısına daxil edib..
Qeyd edilir ki, SEPAH İran neftinin satışından əldə edilən yüzmilyonlarla dollar gəliri köçürmək üçün ofşor hesablardan istifadə edən İran xaricindəki yardımçı şirkətlərdən istifadə edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.