AZ

ABŞ-da Patriot sistemləri üçün “Kalibr” və “Oniks” raketlərinə qarşı daha effektiv raketlər sınaqdan keçirildi

ABŞ-ın “Lockheed Martin” şirkəti “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan PAC-3 MSE tipli raketlərin təkmilləşdirilmiş versiyasını uğurla sınaqdan keçirib. Bu barədə Defense Express məlumat yayıb.

Bildirilib ki, raketlərin proqram təminatında yenilənmələr aparılıb və hədəfə yönəlmə üzrə yeni alqoritm tətbiq olunub. Şirkət təkmilləşdirmələrin raketlərin yüksək manevrli hədəflərə qarşı effektivliyini artırdığını vurğulayıb.

Qeyd olunur ki, PAC-3 MSE raketləri əvvəllər də ballistik və hipersəs raketlərini uğurla ələ keçirmə qabiliyyətinə malik idi. Son yeniliklərdən sonra bu raketlər Rusiyaya məxsus “Şahed” dronları, X-101 və “Kalibr” qanadlı raketləri, həmçinin “Oniks” kimi səsdən sürətli gəmiəleyhinə raketlərə qarşı daha effektiv hala gəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr