AZ

Çin Avropa Komissiyası rəhbərinin ittihamlarına cavab verdi

Çin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Pekini ticarətə müdaxilə və Avropa şirkətlərinin bazara çıxışını məhdudlaşdırmaqda ittiham etməsindən sonra rəsmi cavab verib.

Bloomberg-in məlumatına görə, bu diplomatik qarşıdurma yaxınlaşmaqda olan Çin-Avropa İttifaqı sammitinin perspektivlərini kölgədə qoyub.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib: “Ümid edirik ki, Aİ Çin-Avropa İttifaqı münasibətlərində iqtisadi əlaqələrə deyil, öz düşüncə tərzinə balans gətirməli olduğunu anlayacaq”.

Qeyd edək ki, Ursula fon der Lyaye son çıxışında Çini ədalətsiz ticarət praktikasında və Avropa şirkətləri üçün maneələr yaratmaqda ittiham etmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr