Bakının "Zirə" klubu Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində birinci yoxlama matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Türkiyənin I Liqa təmsilçisi "Ankara Keçiörengücü" ilə qarşılaşıblar.

Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Hər iki topu komandanın yeni transferləri - Brahim Konate (13-cü dəq.) və Abdul Aziz Batibie (84-cü dəq.) vurub.

İyulun 17-dək davam edəcək təlim-məşq toplanışı zamanı"qartallar" daha iki sınaq matçında qüvvələrini sınayacaqlar.