AZ

Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...


Qasım Hacıyev: “Ümumdünya Kilsələr Şurasının bu bəyanatının altında başqa məqsədlər dayanır”

Ermənistan hakimiyyəti ilə Erməni Qriqoryan Kilsəsi arasında baş verən qarşıdurma getdikcə daha geniş miqyas alır.

Nikol Paşinyanla katolikos II Qaregin (Ktriç Nersisyan) qarşılıqlı olaraq bir-birinin istefasını tələb edirlər. Paşinyan katolikosu ən müxtəlif məsələlərdə - əxlaqdankənar davranışlarda, İsa Məsih yoluna xəyanətdə suçlayır və bəyan edir ki, belə bir adam dini rəhbər ola bilməz, təcili surətdə postunu tərk etməlidir. Amma katolokos da xaricdəki havadarlarına və daxildəki qüvvələrə arxayın olub Paşinyana ciddi müqavimət göstərir, istefaya getmək fikrində olmadığını sərgiləyir. Bu arada Paşinyanın erməni kilsəsinə elan etdiyi müharibəni tənqid edənlər də yox deyil. Bu günlərdə Rusiyadan Paşinyanın bu siyasətinə qarşı etirazlar gəldi. Bundan əvvəlerməni-qriqoryan kilsəsinin aparıcı simalarından olan Böyük Kilikiya Evinin katolikosu I Aram da II Qaregini və erməni kilsəsini dəstəklədiyini bəyan etdi və Paşinyanın kilsəyə qarşı addımlarını sərt tənqid etdi. İndi də Ümumdünya Kilsələr Şurası (ÜKŞ) bəyanat yayaraq Ermənistandakı Erməni Apostol (əslində Qriqoryan) Kilsəsi ilə bağlı son hadisələrdən, o cümlədən hüquq-mühafizə orqanlarının hərəkətlərindən və yüksək rütbəli ruhanilərin həbsindən dərin narahatlığını ifadə edib.

“Müqəddəs məkanlarda güc tətbiq edilməsi və ruhanilərin saxlanması ilə bağlı xəbərlər dini etiqad azadlığının qorunması, ibadətlərin müqəddəsliyi və dini qurumların muxtariyyəti ilə bağlı ciddi narahatlıq doğurur.Biz həmçinin regional gərginlik dövründə ictimai ritorikanın göstərə biləcəyi təsirləri də bilirik. Dini icmalara qarşı düşmənçilik və ya alçaldıcı kimi qəbul edilə bilən bəyanatlar birlik və anlaşmaya ən çox ehtiyac duyulduğu bir vaxtda sosial parçalanmaları daha da gücləndirmək risqi daşıyır”-deyə Ümumdünya Kilsələr Şurasının bəyanatında bildirilib.

ÜKŞ Ermənistan hökumətini dini dəyərlərə hörmət etməyə çağırıb.

Ümumdünya Kilsələr Şurasının erməni kilsəsini müdafiə etməsi nə deməkdir?

“Bu Şura erməni kilsəsini müdafiə adı altında Paşinyan hakimiyyətinə təzyiq göstərmək, onun siyasətinə təsir etmək istəyir”

Mövzu ilə əlaqədar professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ÜŞK-ın Erməni Qriqoryan kilsəsinin müdafiəsinə qalxması, ayrıca bəyanat verməsi təsadüfi deyil. Q.Hacıyev qeyd etdi ki, bu gün dünyada gedən proseslərə nəzər salsaq burda xristian həmrəyliyinin olduğunu aydın görə bilərik. “Nikol Paşinyanın erməni kilsəsinə qarşı müharibə elan etməsi Ermənistanın daxilindəki gərginlikdən xəbər verir. Artıq erməni kilsəsinə inam azalmaqdadır, Paşinyan kilsənin “ipliyini bazara çıxarıb”. II Qaregin daxildən dəstək ala bilmir, ümidi xaricdəki xristan təşkilatlara və arxasında duran məlum dövlətlərə qalıb. Erməni kilsəsi həmişə dara düşəndə və daxildən dəstək ala bilməyəndə xaricdəki havadarlarından kömək istəyir və xristan həmrəyliyinə sığınır. Erməni Qriqoryan kilsəsi Paşinyana qarşı mübarizəsinə artıq dünya xristianlıq mərkəzlərini cəlb edir. Erməni kilsəsi həmişə çalışır ki, xristian təəsssübkeşliyindən sui-istifadə etsin. Burda bir məsələ də var ki, bu, Ermənistanın və ermənilərin öz daxili işdir, amma ÜKŞ-ınPaşinyanla II Qareginin qarşıdurmasına müdaxilə etməsi, Paşinyana qarşı olması suallar doğurur. Ümumdünya Kilsələr Şurasının erməni kilsəsini müdafiə etməsi onun Ermənistanın daxili işlərinə qarışması deməkdir.

ÜKŞ unutmamalıdır ki, erməni kilsəsi öz etibarını itirmiş, revanşizimi, işğalı təbliğ edən bir qurumdur”.

Q.Hacıyevin sözlərinə görə, o təşkilat unutmamalıdır ki, xristian aləmənə təfriqə salan “xristian həmrəyliyi” bayrağı altında hərəkət edən ermənilər olub və bu baxımdan erməni kilsəsinin “başını sığallamaq” yaxşı hal deyil.“Əslində, Ümumdünya Kilsələr Şurasının bu bəyanatının altında başqa məqsədlər dayanır. Bu şura erməni kilsəsini müdafiə adı altında Paşinyan hakimiyyətinə təzyiq göstərmək, onun siyasətinə təsir etmək istəyir. Burda söhbət Qriqoryan kilsəsinin müdafiəsindən getmir. Ermənistanda kim imkan vermir ki, dindarlar gedib dini ayinləri icra etsinlər, dinlə məşğul olsunlar? Erməni kilsəsi özü dinlə məşğul olmur. Eçiməidzin, Qriqoryan kilsəsi siyasətdən əl çəkmək istəmir, yenə də əvvəlki “hakimiyyətini”, “hökmranlığını” həyata keçirmək istəyir, hakimiyyəti idarə etmək iddiasını davam etdirir. Kilsə istəyir ki, Paşinyanın komandası onun sözü ilə oturub-dursun. Bu o erməni kilsəsidir ki, müharibə dövründə xalqın qanı üzərindən milyardlar qazanıb, bir çox çirkin əməllər həyata keçirib. Ona görə də bu gün erməni kilsəsinin müdafiəsi adı altında Ümumdünya Kilsələr Şurasının erməni kilsəsinə himayədar çıxmaq niyyəti səmimi deyil”.

Q.Hacıyev qeyd etdi ki, Köçəryandan, Sarkisyandan fərqli olaraq, Paşinyan daha mütərəqqi mövqe tutur və Ermənistanı kilsənin əlindən xilas etmək, onu regionda müstəqil bir dövlətə çevirmək istəyir, amma bəzi dövlətlər bunu istəmir, bu ölkəni alət kimi, əlaltı kimi görmək istəyir və onların bu niyyətlərinin həyata keçməsinə də erməni kilsəsi kömək edir. “Ermənistanda bir az dirçəliş hiss olunan kimi kilsə ortaya düşür, həmin dövlətlər, təşkilatlar dini rıçaqları işə salır, hakimiyyətə təsir etmək istəyirlər və edirlər də. Son dövrlər gedən proseslər bunu təsdiqləyir...”

Q.Hacıyevin sözlərinə görə, bu gün Ermənistan yürütdüyü yanlış siyasət üzündən Avropa dövlətlərin, diasporun yardımı ilə özünü ayaqda saxlayır.

“Ermənistanın sosial, siyasi, iqtisadi sahələrdə heç bir ciddi göstəricisi yoxdur. Ermənistanın son illərdə “qazancı” qonşu dövlətlərə qarşı ərazi iddialarıdır, təcüvüz planlarıdır, revanşizmdir, radiklizmdir. Bu ölkənin bu təcavüzkar planları, işğalçılıq siyasəti onu başqa dövlətlərdən aslı vəziyyətə salıb. Ermənistanın daxilində dərin bir böhran var və onlar çıxılması çətin olan bataqlığa yuvarlanıblar. Əlbəttə, bütün bunların da baiskarı uzun illərdir ermənilərə rəhbərlik edən erməni kilsəsidir. Kilsə Ermənistan dövlətinin inkişafına, tərəqqisinə imkan verməyib, nəticədə də ölkədə bu qədər özbaşnalıq, anarxiya mövcuddur. Bunu göstərməməyə çalışırlar, amma gizlədə bilmirlər”-deyə professor Hacıyev bildirdi.

İradə SARIYEVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr