AZ

Türkmənistanın “ağıllı şəhəri” Arkadağın 2 ci İldönümü qeyd edilib

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Türkmənistanın “ağıllı şəhəri” Arkadağın yaradılmasının ikinci ildönümü qeyd edilib.

525.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərdə geniş miqyaslı bayram tədbirləri keçirilib, kulminasiya nöqtəsi isə Türkmənistan, Türkiyə, Özbəkistan və Rusiya sənətçilərinin iştirakı ilə konsert proqramı olub.

Arkadağ Türkmənistanda texnoloji tərəqqinin və ölkənin davamlı inkişafının simvoluna çevrilib. 29 iyun 2023-cü ildə açıldığı gündən etibarən minlərlə ölkə vətəndaşının həyatını dəyişdirərək, onları təkcə yeni iş yerləri ilə deyil, həm də rahat həyat şəraiti ilə təmin edib.  Şəhər ən son texnologiyalar nəzərə alınmaqla salınıb: burada həyat keyfiyyətini yaxşılaşdıran və yerli iqtisadiyyatın inkişafına töhfə verən rəqəmsal həllər tətbiq edilib.

Tikintinin birinci mərhələsi başa çatdıqdan sonra Arkadağda müxtəlif təyinatlı 336 obyekt - yaşayış binalarından tutmuş mədəni-sosial müəssisələrə qədər tikilib.

2023-cü ilin iyununda prezident Sərdar Berdiməhəmmədovun iştirakı ilə şəhərin tikintisinin ikinci mərhələsinin təməli qoyulub. Bu mərhələ çərçivəsində yeni yaşayış massivləri, sənaye obyektləri, eləcə də mədəni-məişət binaları tikiləcək. Bütün tikinti işləri sürətlə davam edir və ikinci mərhələnin tamamlanması 2027-ci ilə nəzərdə tutulub.

Layihəyə əsasən, Arkadağ 64 min sakin üçün nəzərdə tutulub. Keçən il Cənubi Koreyada keçirilən mötəbər beynəlxalq sərgidə şəhər əsas mükafata ayuq görülüb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
525.az

1Mənbələr